Neft: qiymətlər 4 illik maksimuma çatdı və ucuzlaşdı
10:27 – 16 May, 2018

Dünən axşam saatlarında neftin qiyməti 4 illik maksimumu yenilədikdən sonra yenidən ucuzlaşıb.


APA TV-nin məlumatına görə, günortadan sonra keçirilən ticarət sessiyalarında "Brent" markalı neft 79,25 dollara satılıb. Eyni seanslarda Qərbi Texas neftinin bir bareli 71,80 dollara təklif olunub.

 

Amerika Neft İnstitutunun ölkənin neft ehtiyatlarının həcminə dair proqnoz xarakterli hesabatından sonra qiymətlər sürətlə ucuzlaşmağa başlayıb. Hesabata əsasən, ötən həftə Birləşmiş Ştatların kommersiya neft ehtiyatlarının həcminin 4,85 milyon barel artacağı gözlənilir.

 

Bazar ertəsi keçirilən sorğuda iştirak edən aparıcı neft analitikləri isə ehtiyatların 2,3 milyon barel azalacağını iddia edib. İddiaların hansının doğru olması bu gün ABŞ Energetika Nazirliyinin rəsmi hesabatı açıqlandıqdan sonra məlum olacaq.

 

Hazırda birjalarda "Brent" neftinin bir bareli 78,27 dollara, Qərbi Texas markasının bir bareli isə 71,17 dollara satılır. ABŞ-ın İrana qarşı embarqo siyasəti daha aydın şəkil aldıqca, bahalaşma trendinin davam edəcəyi gözlənilir.

X

XƏBƏRLƏR
BÖYÜT