İsrail "erməni soyqırımı"nı tanıya bilər - ƏRDOĞANA CAVAB
11:25 – 16 May, 2018

İsrailin təhsil naziri Naftali Bennet Knesseti qondarma "erməni soyqırımı"nı tanımağa çağırıb. APA TV-nin məlumatına görə, bu barədə "The Times of Israel" yazıb.


"Mən Knessetin spikerinə müraciət etmişəm. Parlament İsrail hökumətinə  1915-ci ildə ermənilərə qarşı Osmanlı imperiyası zamanında törədilən soyqırımının rəsmi şəkildə tanınmasına icazə verməlidir" - deyə, nazir bildirib.

Bundan əlavə o, İsrail vətəndaşlarını Türkiyəyə səfər etməməyə, baş nazir Benyamin Netanyahunu isə Suriya və Türkiyədə kürdlərin hüquqlarının tanınması məsələsini müzakirə etməyə çağırıb.

 

Xatırladaq ki, ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürməsi səbəbindən Qəzzada baş verənlərə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili terrorçu dövlət, 59 fələstinlinin ölümünü isə soyqırımı adlandırıb. Bundan əlavə o, ABŞ və İsraildəki səfirlərini geri çağırıb.

 

X

XƏBƏRLƏR
BÖYÜT