İmtahandan az bal toplayan tələbələr niyə intihar edir? - MÜZAKİRƏ
13:35 – 16 May, 2018

May aynın 13-də ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının nəticələri açıqlandı. Artıq bir neçə gündür ki, bununla bağlı sosial şəbəkələrdə müzakirələr səngimək bilmir. Qəbulla bağlı təbriklərlə yanaşı, təəssüf ki, faciəvi hadisələrin də şahidi olduq. İmtahanlarda uğursuzluğa düçar olmuş abituriyentlər hətta intihara da əl atdılar. Abituriyentlərin imtahan qabağı psixoloji hazırlığı necə olmalıdır? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında psixoloq Elmir Əkbər, təhsil eksperti Famil İsayev, valideyn Cavid Nəbiyev və abituriyent Emin Nəbiyevlə bu və digər suallara aydınlıq gətirilib:

 

- Aşağı bal toplayan abituriyent qrupları azalır;

- Xüsusi risk qrupuna aid olan abituriyentlər təşvişə düşə bilir;

- Abituriyentin uğursuzluğu tam repetitordan asılı deyil;

- Müəllimin motivasiya proqramı olmalıdır;

- Valideyn övladını imtahanqabağı həvəsləndirməlidir;

- "Boğazımdan kəsib səni oxutdurmuşam" ifadəsi düzgün deyil.

 

"İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

X

XƏBƏRLƏR
BÖYÜT