Bakıda "Milli birlik, tarixi varislik və XXI əsrin çağırışları" beynəlxalq konfransı keçirilib
14:04 – 16 May, 2018

"100 il əvvəl qurulan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) daxili problemlər səbəbindən süquta uğrayıb".

 

APA TV-nin məlumatına görə, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan "Milli birlik, tarixi varislik və XXI əsrin çağırışları" beynəlxalq konfransında belə deyib.

 

O vurğulayıb ki, 23 ay ərzində AXC önəmli tarixi nailiyyətlər əldə edib. F. Məmmədov 1991-ci ildə müstəqillik əldə edən Azərbaycanın da vaxtilə süqut təhlükəsi qarşısında olduğunu bildirib: "Həmin qismət də  1991-ci ildə müstəqilliyini bərpa eləyən Azərbaycanı da gözləyirdi. Lakin ümummilli liderimiz Heydər Əliyevin qayıdışı ilə bu proseslərin qarşısı alındı".

 

"Azərbaycan XX və XXI əsrin əvvəllərində" adlı paneldə vurğulanıb ki, indiki Azərbaycan Respublikası cümhuriyyətin varisidir və onun bütün dövlət rəmzlərini qəbul edib.

 

Kazan Universitetinin professoru Dilara Usmanova məruzəsində 1920-ci ildə regionda vahid müsəlman dövlətinin yaradılması ideyasının olduğunu xatırladıb.

 

Onun sözlərinə görə, Dumanın bütün çağırışlarında 78 müsəlman deputat təmsil olunub ki, onların da 11 nəfəri Azərbaycanı təmsil edib.

 

Türk professor Səbahəddin Şimşir isə AXC-nin elan olunmasının Osmanlı Türkiyəsində böyük sevinclə qarşılandığını bildirib.

 

Professor Anar İsgəndərov isə qeyd edib ki, ölkədə sovet hakimiyyəti qurulduqdan sonra xalqımıza vurulan ən böyük zərbə Azərbaycan dilinin məhvi üçün məkrli addımların atılması olub.

 

Konfrans panel-müzakirələrlə davam etdirilib.

X

XƏBƏRLƏR
BÖYÜT