"Qara bazar"da ümumi dəyəri 16 milyon manat narkotik məhv edildi
14:08 – 16 May, 2018

"Qara bazar"da ümumi dəyəri 16 milyon manat olan 1 tona yaxın narkotik yandırılıb.


APA TV-nin məlumatına görə, bu gün 388 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 892 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr yandıralaraq məhv edilib.

  

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Fəqan Şahverdiyev 16 milyon manatlıq narkotik vasitənin məhv edildiyini vurğulayıb: "Məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 468 kq 658,155 qr marixuana, 217 kq 96, 701 qr heroin, 183 kq 25,135 qr tiryək, 22 kq 848,734 qr həşiş qətranı, 18 min 462 ədəd psixotrop maddə və 6 min 453 ədəd çətənə bitkiləri yandırılaraq məhv edilib".

 

Qeyd edək ki, müsadirə edilmiş və yandırılmış müxtəlif növ narkotik vasitələr Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizlik Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən komissiyaya təhvil verilmiş və yoxlanıldıqdan sonra yandırılmışdır. Həmçinin aidiyyəti təşkilatların nümayəndələri də  yoxlama prosesinə nəzarət etmişlər.

 

 

X

XƏBƏRLƏR
BÖYÜT