İrəvanda yenidən aksiyalar başladı - PAŞİNYANIN İQAMƏTGAHI VƏ MERİYANIN QARŞISINDA
15:53 – 16 May, 2018

Ermənistanda yenidən etirazlar başlayıb.

 

APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, baş nazirin iqamətgahı qarşısına "Nairit" zavodunun köhnə və yeni işçilərindən ibarət bir qrup şəxs toplaşaraq maaşlarının verilməməsi səbəbi ilə etiraz aksiyası keçirir. Onlar son 4 ay ərzində ödənilməyən maaşlarının verilməsini tələb edirlər.

 

İrəvan meriyasının qarşısında da etiraz aksiyaları başlayıb. Etirazçılar şəhər meri Taron Marqaryanın istefasını tələb edir. Bina qarşısında müxtəlif şüarlar səsləndirən etirazçılar daha sonra merin iş otağına daxil olmaq üçün binaya girməyə cəhd edib. Polis onlara mane olmağa çalışıb.

 

Qeyd edək ki, 2011-ci ildən bəri Yerevanın meri vəzifəsini tutan Taron Marqaryan keçmiş baş nazir Andranik Marqaryanın oğludur və Respublika Partiyasının üzvü olub. Nikol Paşinyanın baş nazirliyə namizədliyindən sonra isə o, müxalifət meylli mövqe seçib.

 

X

XƏBƏRLƏR
BÖYÜT