Avropa ölkələri İrandan aldığı neftin pulunu dollarla ödəməyəcək
15:56 – 16 May, 2018

Avropa İttifaqı ölkələri İrandan alınan neftin dəyərini dollarla ödəməmək barədə razılığa gəlib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, hələlik anlaşmanın detalları açıqlanmasa da, qərar yaxın günlərdə qüvvəyə minəcək.

 

Bir qədər əvvəl rəsmi Tehran "Avrozona üçlüyü" sayılan Fransa, Almaniya və İngiltərə ilə ABŞ-ın sanksiyalarına qarşı birləşərək, iqtisadi əlaqələri möhkəmləndirmək barədə razılığa gəlib.

 

Bununla bağlı açıqlama verən Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Federika Mogerini bildirib ki, bunda məqsəd "qara qızıl" və qaz ticarətini stimullaşdırmaq, bank əməliyyatlarında effektivliyin təminatı, ixrac kreditlərinin cəlbi, habelə rəsmi Tehranla aviasiya, dəniz və digər nəqliyyat növlərində əməkdaşlığı genişləndirməkdən ibarətdir.

 

Qeyd edək ki, 19-20 may tarixləri arasında ittifaqın energetika və iqlim üzrə komissarı Arias Kanyetenin Tehrana səfəri planlaşdırılıb.

X

XƏBƏRLƏR
BÖYÜT