Prezident İlham Əliyev Naxçıvana səfər edib
17:10 – 16 May, 2018

Azərbaycan prezidenti İlham Əliyev mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfər edib.

 

APA TV xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında dövlət başçısını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qarşılayıb.

 

Hava limanında prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Dövlət başçısı Naxçıvan Muxtar Respublikası hökumətinin üzvləri ilə görüşüb.

 

Daha sonra prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dövlət başçısına abidənin ətrafında aparılan abadlıq və yenidənqurma tədbirləri barədə məlumat verib.

 

Sonra prezident İlham Əliyev “Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin birinci mərhələsinin açılışında iştirak edib. Dövlət başçısı layihəsinin birinci mərhələsinin açılışını bildirən düyməni basıb.

 

Prezident İlham Əliyev Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının da açılışında iştirak edib. Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib. Bina ilə tanışlıqdan sonra prezident İlham Əliyev ali təhsil ocağının kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Sonda xatirə şəkli çəkdirilib.

 

Daha sonra dövlət başçısı Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin açılışında iştirak edib. Prezident İlham Əliyev kompleksi işə salıb. Sonda xatirə şəkli çəkdirilib.

 

Dövlət başçısı Naxçıvan şəhər Qaraxanbəyli inzibati ərazi dairəsində 480 şagird yerlik 6 saylı tam orta məktəbin açılışında iştirak edib. Prezident İlham Əliyev məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsib. O, məktəbdə yaradılan şəraitlə tanış olub.

 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsindəki Təlim-Tədris Mərkəzində yaradılan şəraitlə tanış olub.

 

Müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayev dövlət başçısına raport verib.

 

Sonra prezident İlham Əliyev Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsinin yeni hərbi xəstəxanasının açılışını edib. Dövlət başçısı xəstəxana binasının rəmzi açılışını bildirən lenti kəsib.

 

Sonra dövlət başçısı silahlanmaya yeni qəbul edilən hərbi texnika ilə tanış olub.

X

XƏBƏRLƏR
BÖYÜT