Səməd Seyidov: "Məni üç saat dindirdilər"
18:50 – 16 May, 2018

"Ermənistan və Ermənistanın ətrafında olan qüvvələr beynəlxalq aləmdəki məğlubiyyətinin əvəzini çıxmaq üçün  fərqli taktika seçib".

 

APA TV-nin məlumatına görə, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov keçirdiyi mətbuat konfransında bildirib.

 

O bildirib ki, AŞPA-nın ona qarşı irəli sürdüyü ittihamların araşdırılması üçün istintaq qrupu yaradılıb: "Üç saat ərzində onlar məndən eyni sualı soruşurdular: "Sadəcə, deyin, etiraf eləyin ki, siz burada başqa qeyri-qanuni işlərlə məşğul olursunuz. Onda sizin heç bir yerdə heç bir adınız, heç bir məsələniz də olmayacaq". Bax, bunların məqsədi bundan ibrət idi ki, nümayəndə heyətinin üzvləri, nümayəndə heyətinin rəhbəri hansısa bir etiraf etsin".

 

S.Seyidovun sözlərinə görə, hazırda Avropa Şurasının rəhbər tutmalı olduğu dəyərlər ölkələrə təzyiq formasına çevrilib. Deputat ölkəmizin bu qurumdan çıxa biləcəyi ehtimalını da dəyərləndirərək bildirib ki, bu məsələ, ümumiyyətlə, gündəmdə deyil.

 

Səməd Seyidov həmçinin bəzi mətbuat səhifələrində yer alan Azərbaycanın Avropa Şurasından çıxarılacağı xəbərlərinə də aydınlıq gətirib. Deputat deyib ki, bu xəbərlərin heç bir əsası yoxdur.

 

Daha sonra Səməd Seyidov jurnalistlərin suallarını cavablandırıb.

X

XƏBƏRLƏR
BÖYÜT