Qubada itkin düşmüş alpinistlərin meyitləri tapıldı
19:10 – 16 May, 2018

Qubada itkin düşmüş alpinistlərin meyiti tapılıb.

 

FHN-dən APA TV-yə verilən məlumata görə, 27 dekabr 2017-ci il tarixindən Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan və hal-hazıradək davam edən axtarışlar nəticəsində bu gün saat 18:00 radələrində axtarış işlərinin aparıldığı ərazidə təqribən 4 m dərinlikdə alpinistlərə aid çadırın yeri müəyyən edilib və ilkin olaraq iki kişi və bir qadın meyiti aşkar edilib.

 

Axtarış işləri barədə əlavə məlumat veriləcək.

 

Qeyd edək ki, "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri  Fəridə Zəbiyulla qızı Cəbrayılzadə, Babur Vaqif oğlu Hüseynov və Namin Nizami oğlu Bünyatzadə 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.

X

XƏBƏRLƏR
BÖYÜT