"İnam Kərimov: "Bizim leksikonumuzda "gənc kadr" sözü yoxdur"
19:16 – 16 May, 2018

"Bizim leksikonumuzda "gənc kadr" sözü yoxdur, bizim leksikonumuzda müasir düşüncəli kadr sözü var".

 

APA TV-nin xəbərinə görə, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyində aparılan kadr islahatlarına münasibət bildirərkən söyləyib: "O kadr həm gənc, həm də yaşlı ola bilər. Bizim leksikonumuzda yalnız "innovativ və müasir düşünən kadr" ifadəsi yer alıb. KTN sistemində kifayət qədər professional, bacarıqlı, müasir düşüncəli kadrlar var. Bu, davam edən prosesdir. Bildiyiniz kimi, nazirlikdə indiyə kimi heç kim işdən azad edilməyib. Yalnız rotasiya qaydasında yerdəyişmələr olub və bu formada da davam edəcək".

 

Nazir bildirib ki, Azərbaycanın rayonlarına səfər etməkdə əsas məqsəd problemləri eşitmək, fermerlərə daha yaxın olmaqdır. Onun sözlərinə görə, kənd təsərrüfatı istehsalçılarına yaxın olmaq rəhbərlik etdiyi qurumun qarşısına qoyulmuş əsas vəzifələrdən biridir: "Məqsəd problemləri yerində dinləmək və nazirlik olaraq onların həllinə çalışmaqdır. Bu, bizim davam edən işimiz olacaq".

X

XƏBƏRLƏR
BÖYÜT