Ramazanda ruhumuzu necə qidalandırmalı, mədəmizi necə qorumalı?
19:37 – 16 May, 2018

Mübarək Ramazan ayında insanların saflaşması, ruhunun mənəvi qidalanması üçün oruc bütün müsəlmanlara vacib buyurulub. Oruc yalnız mədəni ac saxlamaqdan, yemək və içməkdən imtina yox, insanın ruhunu ağırlaşdıran bütün əməllərdən uzaq durmaq deməkdir. Nəzərə alsaq ki, yaz-yay mövsümündə gecələr qısa, gündüzlər isə uzun olur, deməli insanların oruclu olduğu müddətdə uzanır. Deməli, daha uzun müddət yeyib-içməkdən çəkinmək lazımdır. APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında oruc tutmağın insan orqanizminə və ruhuna təsirindən danışılıb.

 

İlahiyyatçı Rauf Hüseynli deyib ki, oruc tutmaq insanın ruhunu qüvvətləndirir: "Fikir versəniz görərsiniz ki, iftar vaxtı insanlarda sevinc hiss yaranır. Peyğəmbərimiz buyurub ki, oruc tutan kəs iki dəfə sevinər. Bir iftar vaxtı, bir də qiyamət günü. İftarın sevinci günahların bağışlanmağının sevincidir". İlahiyyatçının sözlərinə görə, xəstəliklərdən əziyyət çəkən və həkimin razılığı olmayan şəxslərin oruc tutması günah hesab edilir: "Neynəyə bilər həmin insan? Yaxşı olar ki, həmin insan bir nəfərə bir iftar Həmin şəxslər iftar verə bilər. İmkanı yoxdursa, gecələr zikrlərdir, namazlardır, dini məclislərdə iştirak etməkdir. Bunların hamısından insan faydalana bilər".

 

Həkim-dietoloq Aygün Abdullayeva deyib ki, Ramazan ayında sahurla iftar arasında bol su qəbulu mütləqdir: "Suya olan ehtiyacımızı düzgün bölmək lazımdır". Həkim dietoloqun sözlərinə görə gündəlik şəkər xəstəliyindən, mədə turşuluğundan, onkoloji xəstəliklərdən əziyyət çəkən insanlara oruc tutmaq məsləhət görülmür. Həkim-dietoloq tövsiyə edib ki, oruc tutanlar sahurda proteinli qidalara, pendirə, zeytuna üstünlük versinlər.

 

"Sosium" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

 

X

XƏBƏRLƏR
BÖYÜT