Hansı qidalar insan hüceyrələrini məhv edir? - MÜZAKİRƏ
12:40 – 21 May, 2018

Qida təhlükəsizliyi dövlətin əsas vəzifələrindən biri hesab olur. Bu səbəbdən Azərbaycanda qida siyasətini həyata keçirən Qida Təhlükəsizliyi Agentliyi yaradıldı. Qida təhlükəsizliyinə bu gün necə əməl olunur? Qida təhlükəsizliyimiz necə faiz təmin olunub? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında bu və digər suallara aydınlıq gətirilib.

 

"Azad İstehlakçılar" İctimai Birliyinin sədri Eyyub Hüseynov hesab edir ki, Azərbaycan vətəndaşlarının qida təhlükəsizliyi problemi təxminən 65% təmin olunub.  E.Hüseynovun sözlərinə görə qida təhlükəsizliyi üzrə ən böyük problem özünü daha çox spirtli içkilər seqmentində göstərir: "Xaricdən gətirilən mallar daha çox diqqəti çəkəndir. Azad İstehlakçılar Birliyi olaraq narahatıq ki, nə üçün Azərbaycanda istehsal olunan içkilərin üzərində son istifadə tarixi sonsuzdur yazılır". Ekspert deyib ki, bu gün marketlərdə yodlaşdırılmış duz adı altında əslində yola səpilməli olan duz satılır: "Azərbaycanda yod defisiti xəstəliyi var. Ona görə də yodlaşdırılmayan duzu almaq olmaz".

 

"Sağlam Cəmiyyət" İctimai Birliyinin sədri Elçin Bayramov hesab edir ki, ət məmulatları bazarında qida təhlükəsizliyi bərbad vəziyyətdədir: "Yağ sektorunda vəziyyət daha acınacaqlıdır. Mağazalarda 2 manata, 3 manat kərə yağı adı ilə satılan yağlar özüm mənbəyidir". E.Bayramovun sözlərinə xaricdən gətirilən ərzaqlar laboratoriyalarda yetərincə yoxlanılmır: "Bizim elə laboratoriya imkanlarımız yoxdur. 100 min adda maddəni ayırd edəcək kimyəvi laboratoriya Azərbaycanda yoxdur".  E.Bayramov deyib ki, meyvə və tərəvəzlərin bol olması üçün istifadə  edilən toksik maddələr yol verilməzdir.

 

"İlham Tumasla 40 dəqiqə" növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

X

XƏBƏRLƏR
BÖYÜT