Emma Ələkbərzadə: “Onlar sevinməsinlər, boşanmışam”
16:34 – 22 May, 2018

Komplekslər uğurlu karyera qurmağa mane olurmu? Tanınmış insanlar komplekslərlə necə mübarizə aparırlar? APA TV-nin "Showtime" layihəsinin növbəti buraxılışında müğənni Emma Ələkbərzadə və həkim-dietoloq Leyla Zülfüqarova bu və digər sualları cavablandırıblar.

 

Müğənni Emma Ələkbərzadə mətbuatda onunla bağlı yayılan xəbərlərə aydənlıq gətirib: "Çox xoşbəxtəm. Qoy sevinməsinlər ki, mən boşanmışam. Boşanmağa hazırlaşmıram. Xanımlara demək istəyirəm ki, özünüzü boş yerə yormayın, kompüter arxası qəhrəmanlar həddindən artıq çoxdur. Belə istəsəniz də boşanmayacağam". Müğənni səhnəyə az-az çıxmasının səbəblərini belə izah edib: "Az-az çıx, hörmətlə çıx. Bəlkə düz demirəm?"

 

Həkim-dietoloq Leyla Zülfüqarova hesab edir ki, tanıdığı sənət adamları arasında ən çox iradə nümayiş etdirirərək arıqlayan Emma Ələkbərzadədir: "Mən çalışdıqlarım daha çox iradəsi az olanlar olub". Həkim-dietoloqun sözlərinə görə arıqlamaq üzrə aparılan əməliyyatın mənfi tərəfləri çoxdur.  

 

"Showtime" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

X

XƏBƏRLƏR
BÖYÜT