Cümhuriyyətimizdən kimlər, necə yazıb? - MÜZAKİRƏ
16:03 – 23 May, 2018

Azərbaycan Xalq Cümhuriyyəti Sovet Azərbaycanında necə təsvir olundu? Cümhuriyyət irsimiz poeziyamızda, nəsrimizdə necə qələmə alındı? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında suallar ətarfında geniş müzakirə aparılıb.

 

Yazıçı Azad Qaradərəli deyib ki, Cümhuriyyət dövrü Azərbaycan ədəbiyyatının qızıl dövrüdür: "Sovet ədəbiyyatı Cümhuriyyəti silə bilmədi. Çünki Sovet Azərbaycanı ədəbiyyatının bəzi nümayəndələrinin qəlbində xalqına, millətinə məhəbbət hiss tam silinməmişdi. Məsələn Səməd Vurğunun milli şair olması ona imkan vermirdi ki, o şeylərin üstündən xətt çəksin".  Yazıçı hesab edir ki, Səməd Vurğunun ən böyük səhvi Hüseyn Cavidi həbs etdirməsi olub. Azad Qaradərəlinin sözlərinə görə M.Ə.Rəsulzadə Nizami Gəncəvinin Azərbaycan şairi olduğuna möhür vurub.  

 

Tədqiqatçı Dilavər Əzimli hesab edir ki, Məhəmməd Əmin Rəsulzadənin irsi layiqli şəkildə öyrədilmir. Tədqiqatçı Səməd Vurğunun "Komsomol" poeması ilə bağlı maraqlı açıqlama verib: ""Komsomol" poemasında Səməd Vurğun Məhəmməd Əmin Rəsulzadəni öz dilindən demir. Diqqətlə baxın: Rəsulzadə çıxış edir, yerdə oturan rus qafalı deyir ki, şarlatan, sən ölkəni satırsan. Səməd Vurğun ikinci mərhələnin adamıdır. Məhəmməd Əmin Rəsulzadə yazır ki, bu mərhələdən çıxmaq cəsarət tələb edirdi".

 

Tarixçi Elmar Həsənovun sözlərinə görə arxiv sənədlərinə istinadən Səməd Vurğun heç kimin üzünə durmayıb: "Yəni bizdə yanaşma metodu yoxdur. Biz nifrəti olan kiminsə dilindən eşidirik". Tarixçi deyib ki, Cümhuriyyət devriləndən sonra yaranan milli mərkəzlər Əliheydərlərin özlərini belə sovetlərə qarşı çevirmiş oldu.

 

"İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

X

XƏBƏRLƏR
BÖYÜT