Qəza orucu yoxdur? - Hacı İlqar İbrahimoğlu cavablandırır
10:35 – 25 May, 2018

Çox savab iş görmək, iftar süfrəsi açmaq orucu əvəz edirmi?

Orucun digər ibadətlərdən üstünlüyü varmı?

Sadəcə ac-susuz qalmaq oruc üçün bəs edirmi?

Yalan demək, pis söz danışmaq orucu batil edirmi?


 

 

“Oruc Allahın vacib buyurduğu əmrlərdən biridir və bu ibadətə bizi Rəbb özü dəvət edir. “Bəqərə” surəsinin 183-cü ayəsində belə bildirilir: “ Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz”. Ramazan yetişəndə uca Yaradan  hər bir imanlını bu ibadətə çağırır”.

 

APA TV-nin məlumatına görə, bunu Dini  Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin rəhbəri, ilahiyyatçı Hacı İlqar İbrahimoğlu “Yaşıl orta” verilişində deyib. O, bildirib ki, Ramazanı digər aylardan üstün edən bir sıra  fəzilətləri var: “ Bu ay dünya və axirətimiz üçün xeyirli fürsətlərlə doludur. Hər birimiz bu fürsətlərdən yararlanmağa dəvətliyik. Dini mənbələrdə orucun faydalarından geniş bəhs olunur. Məsələn, etdiyimiz ibadətlər, o cümlədən oruc qəbir evinə də bizimlə girəcək və sorğu-sual zamanı bizi  müdafiə edəcək. Eləcə də qiyamət günü oruc tutanlar məzardan gözəl qoxu ilə qalxacaqlar. Hər kəs bu qoxudan biləcək ki, onlar oruc tutan müsəlmanlar olub. Ramazanda dünya və axirətimiz üçün bu kimi bir çox fövqəladə faydalar var”.

 

İlahiyyatçı orucun şərtləri barədə də ətraflı məlumat verib: “ Tək ac-susuz qalmaq  ibadət üçün bəs etmir. Bu tələb olunan minimal şərtdir. Mükəmməl oruc isə kompleks şəkildə ibadət deməkdir. Məsələn, dilin, qulağının, gözün də oruc olmalıdır. Yəni qulağını qeybətdən, gözünü haramdan, dilini günahdan qoruyacaqsan. Bu cür oruc kamil oruc sayılır və müsəlman belə bir ibadətə can atmalıdır”.

 

 

İ.İbrahimoğlunu orucun savabını azaldan əməllərdən də bəhs edib: “ Etdiyimiz günah işlər ibadətin savabına təsir göstərir. Eləcə də yalan deməyin, pis söz danışmağın da zərəri var. Bu ayda mümkün qədər çox savab qazanmağa çalışmalıyıq. İftar süfrəsi açmaq savabdır. Amma çox iftar süfrəsi açmaq, xeyir iş görmək orucu əvəz etmir”.

 

 

 

X

XƏBƏRLƏR
BÖYÜT