Aynur Dadaşova niyə efirdən gedib? – CANLI EFİRDƏ AÇIQLADI
16:07 – 29 May, 2018

Müğənnilər unudulmaq qorxusu yaşayırlarmı? Məşhurlar bu qorxu ilə necə mübarizə aparırlar? APA TV-nin "Showtime" layihəsinin növbəti buraxılışında müğənni Aynur Dadaşova və jurnalist Şahin Cavadsoy bu və digər suallara aydınlıq gətiriblər.

 

Müğənni Aynur Dadaşova bir müddət sənətdən uzaq olmasının səbəbi özü-özünə qoyduğu qadağa ilə bağlı olub: "Necə mən yaddan çıxan bir müğənni ola bilərəm? Mən bu tamaşaçı sevgisini görmüşəm. Ona görə də Aynur 5 il də çıxmazsa, 10 il də çıxmazsa, 15 il də çıxmazsa, amma bir dəfə də görünsə deyəcəklər bu Aynur Dadaşovadır". Müğənni deyib ki, əsl düşmən siçovul kimi ayağın altında dolaşmaz: "Əgər güclü bilirsənsə, doğrudan da Aynurla düşmənçilik etmək istəyirsənsə, gəl qarşıma mənimlə düşmənçilik elə. Görüm buna sənin hünərin çatar?" Geyim tərzindən danışan müğənni bunları deyib: "Mən imicimi, stilimi, geyimimi dəyişdim, tamaşaçı məni elə qəbul etmir, istəmir məni. Mən necə məcbur edim ki, bugünkü dəbə uyğun geyinməliyəm? Ona görə də tamaşaçı istəmirsə, mən nə məcburdur ki, kiminsə zövqünə görə geyimimi, ya saç düzümümü dəyişim?!"

 

Jurnalist Şahid Cavadsoy jurnalist olduğuna görə utandığını deyib: "Maqazin tərəfindən danışsaq, burada qədər yeknəsəklik, özbaşınalıq var ki, hər kəs yerindən durub özünə PR menecer deyir. Elə jurnalistlər var ki, gündəmə də çıxırlar, baxıb görürsən ki, bütün günü verilişlərdədirlər. Ay balam, sən nə vaxtdan jurnalist oldun?" Şahin Cavadsoy deyib ki, müğənnilər özünə hörmət etməlidirlər ki, unudulmasınlar: "Çox olub tədbirlərdə müğənnilərin şəklini çəkmişik, sonra narazılıq ediblər ki, ailələrində söz-söhbət olur. Barışıq da olur".

 

"Showtime" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

 

 

X

XƏBƏRLƏR
BÖYÜT