APA TV: 5 YAŞ!
17:37 – 29 May, 2018

Bu Gün Azərbaycan internet məkanında özünə xüsusi yer eləmiş APA Televiziyasının ad günüdür. APA TV bu gün 5 yaşını qeyd edir. 5 il onlayn televiziya üçün az müddət deyil. Yaşadığımız əsrin internet əsri olduğunu nəzərə alsaq, qətiyyətlə demək olar ki, APA TV internet TV məkanında özünə misilsiz yer tuta bilib. Ötən illər ərzində APA TV Azərbaycan tamaşaçısına nələr verə bilib, bundan sonra TV olaraq strategiyaları nədən ibarətdir? APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında televiziyanın 5 il ərzində əldə etdiyi nailiyyətlərdən və perspektivlərdən danışılıb.

 

APA TV-nin baş direktoru Vüqar Hüseynov hesab edir ki, APA TV-nin 5 il ərzindəki ən böyük uğuru, Azərbaycanda analoqu olmayan bir media resursunun  tamaşaçılar tərəfindən qəbul edilməsi olub: "Stabil tamaşaçı auditoriyası formalaşdırmışıq. Hiss olunurdu ki, insanlar artıq televiziya qarşısında oturub xəbərlər izləmir, noutbukda, mobil telefonda, planşetdə xəbər izləyirdilər. İnsanlara artıq internet vasitəsilə görüntülü xəbəri almağa vərdiş etdirmişik". V.Hüseynov deyib ki, APA TV rəqabəti telekanallarla aparır: "Verilişlərimiz sırf xəbər verilişləridir. Azərbaycanda bu qədər xəbər istehsal edən telekanal yoxdur".   

 

APA TV-nin Xəbər müdiri Cavid İsmayıl deyib ki, Azərbaycanın müxtəlif bölgələrindən olan ailələr dəfələrlə APA-TV-ni özlərinə ümid yeri biliblər: "Biz də məmnuniyyətlə onların problemlərini işıqlandırırıq. Təxminən iki ay əvvəl narkoloji dispanser yananda dünyanın aparıcı mətbuat orqanları, telekanalları APA TV-nin kadrlarından istifadə edirdilər. Çünki hadisə yerinə ilk olaraq APA TV çatmışdı".    

 

Əməkdar jurnalist Nəsimi Nəbizadə deyib ki, internet televiziyasında xəbərin yazısı da sayta qoyulduğu səbəbindən, yazı qabiliyyəti də vacib hesab olunur: "Mən ümumiyyətlə APA Holdinqə xəbər zavodu deyirəm". Əməkdar jurnalist deyib ki, ən çox arzuladığı xəbər, əfvlə bağlı xəbərləri oxumaq olub. 

 

"Sosium" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv sayttından izləyə bilərsiniz.

X

XƏBƏRLƏR
BÖYÜT