Quranı başa qoymaq islama ziddir?
14:29 – 01 İyun, 2018

Qədr gecəsi nələri etmək olmaz?

Qədr gecəsini məsciddə keçirmək vacibdir?

Sübhədək oyaq qalmaq vacib sayılırmı?

Yatan günah qazanır?

Niyə Quran ilk enən surə ilə başlamır?

Quranın təhrif olunmadığının dində dəlili varmı?

 

“Ramazan yalnız oruc ibadəti ilə bağlı deyil, həmçinin Quranın nazil olduğu  aydır. “Ələq” surəsinin ilk ayələri məhz Qədr gecəsi peyğəmbərimizə vəhy edilib”.

 

APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Hacı Eldayaq Hüseynov “Yaşıl orta” verilişində deyib. Qari Ruslan Qasımovun da iştirak etdiyi söhbətdə  Ramazanla bağlı suallar müzakirə olunub.  E.Hüseynov bildirib ki, ibadət nə qədər çətinləşərsə, savabı bir o qədər çox olar: “Ötən Ramazan ayları qızmar yay günlərinə təsadüf edirdi. Allahın əmrini yerinə yetirmək şərtləri ağırlaşdıqca, o ibadətin savabı daha da artır. Həzrəti Əli əleyhissəlam buyurur ki, möminin bu günü ilə sabahı fərqli olmalıdır. Yəni bu günkü ibadəti dünəndən daha da şövqlə, həvəslə,ixlasla həyata keçirməliyik. Unutmamalıyıq ki, namaz və oruc Allaha doğru aparan pilləkənlərdir. Bəzən deyirlər ki, eyni namazı  təkrar-təkrar qılırsınız,  bu doğru deyil. Heç bir namaz  təkrarlanmır, hər günün öz ibadəti var.  Hər biri pilləkənin yeni pilləsidir”.

 

İlahiyyatçı Qədr gecəsi ilə bağlı da ətraflı məlumat verib: “ “Qurani-Kərim”də Qədr gecəsi ilə bağlı ayrıca “Qədr”  surəsi var.  Allah bu surədə belə buyurur: “Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik! (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?! Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir! (O, Ramazan ayının on doqquzuna, iyirmi birinə, iyirmi üçünə, iyirmi beşinə, bir rəvayətə görə isə iyirmi yeddisinə təsadüf edir). O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər. O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır) (Qədr gecəsi heç bir bəla nazil olmaz, o, bütünlüklə xeyir-bərəkətdən ibarətdir. O gecə mələklər yer üzündə gəzib Allahın müxlis bəndələrinə salam verərlər. Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb ibadət etmək lazımdır)”. Qədr gecəsi oyaq qalmaq vacib deyil, yəni kimsə yatsa günah qazanmaz. Lakin müsəlmanlar Qədr gecəsi sübhədək oyaq qalar, ibadət edər, bu gecənin bəxş etdiyi fürsətlərdən yararlanmağa çalışarlar”.

 

Digər qonaq qari Ruslan Qasımov da mövzu ilə bağlı sualları vabalandırıb. O qeyd edib ki, Ramazan Quran ayıdır və bu ayda Allahın kəlamlarını oxumağın öz  savabı var: “ Ərəb dilini bilən ərəbcə oxusun. Çünki ərəb dilində olan sözləri tam dilimizə tərcümə etmək olmur. Lakin kimsə ərəbcə bilmirsə, öz dilimizdə də Quran oxuya bilər”.

X

XƏBƏRLƏR
BÖYÜT