Qida təhlükəsizliyində hansı yeniliklər gözlənilir?
16:37 – 05 İyun, 2018

İyulun 1-dən Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində fəaliyyət göstərən bütün qida subyektlərinin qeydiyyatını aparacaq. Agentlik tərəfindən qanunvericiliyə uyğun qaydada monitorinqlər, yoxlama-nəzarət tədbirləri həyata keçiriləcək, ölkə iqtisadiyyatının inkişafını şərtləndirən idxal-ixrac proseslərinin qanunvericiliyə və beynəlxalq standartlara uyğun tənzimlənməsinin təmin edilməsi üçün müvafiq sertifikatlar veriləcək. Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyata alınması prosesi necə həyata keçiriləcək? APA TV-nin "Sosium" layihəsinin növbəti  buraxılışında mövzu ilə bağlı bu və digər məsələlərə aydınlıq gətirilib.

 

Qida Təhlükəsizliyi Agentliyinin Sertifikatlaşdırma və qeydiyyat şöbəsinin müdiri Nübar Hüseynli deyib ki, qida təhlükəsizliyi prosesi Bakı şəhəri ilə yanaşı paralel olaraq bölgələrdə də həyata keçiriləcək: "Qida müəssisələri dövlət qeydiyyatına alınacaq və həmin müəssisələrə sertifikat veriləcək. Bu onun qida təhlükəsizliyi sahəsində fəaliyyətinin təsdiqlənməsidir. Yekun rəy əsasında qeydiyyata alınan müəssisəyə reyesterdən çıxarış veriləcək". 

 

"Sosium" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.  

 

 

 

X

XƏBƏRLƏR
BÖYÜT