Sovet mirası: nəyi dəyişək, nə qalsın? - MÜZAKİRƏ
13:04 – 06 İyun, 2018

Sovet dövründə şəhər, kənd və qəsəbələrə verilmiş adlar dəyişdirilməlidirmi? Bəziləri hesab edir ki, bu adların dəyişdirilməsi düzgün hal deyil. Ümumiyyətlə sovetdən qalma mirasdan nəyi saxlamalı, nəyi dəyişməliyik? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında bu məsələ müzakirə olunub.

 

Əməkdar İncəsənət Xadimi, kinorejissor Əbdül Mahmudbəyov deyib ki, sovet dövründən Azərbaycana miras qalan ən acı miras hay adlanan tayfadır: "Biz də böyük həvəslə deyirik ki, Ermənistan Respublikası, erməni xalqı. Tarixdə erməni xalqı var? Bunlar hay tayfasıdır. Dəyişməyən stabil xəyanət var ki, yüz illərlə bu davam edir". 

 

Jurnalist Kərim Kərimli hesab edir ki, sovet dövründə verilmiş şəhər, kənd, qəsəbə adları dəyişdirilməlidir: "Bu məsələdə tarixilik nəzərə alınmalıdır. Xanlar Səfərəliyevə gəlində, Xanlar Səfərəliyev bolşevikdir. O qədər böyük Sovet hökuməti Xanlar Səfərəliyev naturasına ona görə fikir vermişdi ki, onun dəfnində Stalin iştirak etmişdi. Xanların adına rayon vermək olarsa, onda Azərbaycanın 20.000 şəhidinin adını rayona vermək lazımdır".  

 

Tarixçi Arif Gürşadoğlu hesab edir ki, sovet dövründə qoyulmuş heykəlləri hansısa parka yığıb saxlamaq olardı: "Bakıda bu gün bir yer xüsusi qeyd olunur. Ayna Sultanova. Mənim fikrimcə o qalmalıdır. Düzdür, abidə orada olmamalıdır. Buradan dəyişdik, qoyduq Xanlar. Erməni də orada Laçını edib Berdzor, daha bizim nə fərqimiz qaldı? Mən Laçını axtarıram Berdzor çıxır". 

 

İlahiyyatçı Fazil Əhmədov hesab edir ki, islam həmrəyliyini elan edən, tolerantlıq nümayiş etdirən bir ölkədə şəhərin mərkəzində "Azad qadın" heykəlinin qalması düzgün deyil: "Heykəlin orada olması, çadralı insan azad deyil deməkdir".

 

"İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

X

XƏBƏRLƏR
BÖYÜT