Mənim vəkilim məni qoruya bilirmi? - MÜZAKİRƏ
15:44 – 07 İyun, 2018

Hər bir dövlət üçün məhkəmə hakimiyyətinin inkişafının mühüm əhəmiyyəti var. Bu baxımdan vəkillik institutunun rolu xüsusi qeyd olunmalıdır. Azərbaycan vəkillik institutu bu gün hansı vəziyyətdədir. Mənim vəkilim məni qoruya bilirmi? APA TV-nin “İlham Tumasla 40 dəqiqə” layihəsinin növbəti buraxılışında mövzu ilə bağlı bu və digər suallara aydınlıq gətirilib.

“Hüquqi İslahatlara Yardım Mərkəzi” İctimai Birliyinin sədri, hüquqşünas Natiq Abdullayev deyib ki, ölkəmizdə vəkillik bahalı xidmət deyil: “Mənim düşüncəmcə iki kriteriya olmalıdır. Bir düşüncəli olmalıdır, bir də vicdanlı olmalıdır.Hüquqları pozulmuş şəxsi maddi durumu ilə ölçməməlidirlər. Burada iki yerə bölünür. Vəkilin xidmət haqqı və təyin edilən qonorar”. 

Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Adəm Məmmədov deyib ki, regionlarda olan hüquqşünaslar daha çox Bakıya meyl edirlər: “Elə rayonlar var ki, orada heç vəkil məsləhətxanası belə yoxdur”. A.Məmmədov hesab edir ki, özünə vəkil tutan şəxs ilk növbədə hüquqlarını bilməlidir: “Bəzən elə olur ki, insan hüquqlarını bilmir. Həqiqətən cinayət hadisəsi ilə əlaqəsi olmur. Müstəntiqlər olur ki, cəlb etmək istəyirlər. Peşəkar vəkil olmayanda, müdafiəçi olmayanda, çox təəssüf ki, istintaq orqanları öz çirkin əməllərini həyata keçirirlər”.

Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Elvin Səlimov deyib ki, vəkillərin neqativ halları ilə bağlı əvvəllər Kollegiya tərəfindən sərt tədbirlər həyata keçirilmirdi: “İctimaiyyətdə də belə bir fikir formalaşmışdı ki, dövlət tərəfindən işə çıxan vəkillər işə yaramırlar. Amma bu gün hər bir vəkil özündə məsuliyyət hiss etsə ki, mən həmin hərəkətlərə yol versəm cəzalana bilərəm. Mövcud olduğun qurumdan kənarlaşa bilərəm”.

 

 

 

 

 

 

 

 

X

XƏBƏRLƏR
BÖYÜT