Lax bilib atdıqları yumurtalardan minlərlə cücə çıxdı - NONSENS
11:38 – 11 İyun, 2018

Gürcüstanın Marneuli rayonunda mal bazarı adlı yerdən minlərlə yeni çıxmış cücə tapılıb.

 

APA TV-nin məlumatına görə, zibilliyə atılan yumurtalar salamat imiş. Hava şəraiti normal olduğundan yumurtalardan minlərlə cücə çıxıb. Maraqlı hadisəni "Youtube" səhifəsində paylaşan Sahib Bayramov yumurtaların niyə atıldığının bilinmədiyini yazıb.

 

Cücələrə yerli əhali sahiblənib.

X

XƏBƏRLƏR
BÖYÜT