"Kandil əməliyyatı" - MƏHV EDİLƏN TERRORÇU SAYI AÇIQLANDI
14:25 – 12 İyun, 2018

Türkiyə hərbi aviasiyası İraqın şimalında anti-terror əməliyyatlarını davam etdirir.

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, qırıcıların PKK-nın mövqelərinə endirdiyi zərbələr nəticəsində 18 terrorçu məhv edilib.

Türkiyə Silahlı Qüvvələri (TSQ) xəbəri təsdiqləyib.

Beləliklə, bölgədə zərərsizləşdirilən PKK terrorçularının sayı 34 çatıb.

Xatırladaq ki, Türkiyə ordusu Şimali İraqda - Kandil və Sincarda əməliyyatlara iyunun 1-dən start versə də, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bunu dünən - iyunun 11-də bəyan edib.


 

 

X

XƏBƏRLƏR
BÖYÜT