Gəndob-Yalama yolunda iki maşın toqquşdu
15:46 – 12 İyun, 2018

Gəndob-Yalama yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

 

APA TV-nin şimal bürosunun məlumatına görə, qəza magistralın Şabranın Şahnəzərli kəndi ərazisində baş verib.

 

90 JN 027 dövlət nömrə nişanlı “Mercedes” markalı  yük taksisi ilə 90 KG 143 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşını toqquşub. Qəza nəticəsində 2 nəfər xəsarət alıb. Onlar Şabranın Aygünlü kənd sakinləri - 35 yaşlı Anar Aydın oğlu Həmidli və Sadiq Hacıbala oğlu Quliyevdir. Hər iki şəxs Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyətləri orta ağırdır.

 

Fakt bağlı araşdırma aparılır.

 

X

XƏBƏRLƏR
BÖYÜT