Masallıya çoxlu vaksin gətirildi - KÜTLƏVİ PEYVƏNDLƏMƏ BAŞLADI
16:43 – 12 İyun, 2018

Masallıda iri və xırdabuynuzlu heyvanlar müxtəlif xəstəliklərə qarşı peyvənd olunur. APA TV-nin cənub bürosunun məlumatına görə, bunun üçün rayona çox sayda vaksin gətirilib.

 

İri və xırdabuynuzlu heyvanlar arasında müxtəlif xəstəliklərə qarşı yanvar ayından etibarən kütləvi peyvəndləmə işləri aparılır. Bu xəstəliklər içərisində qarayara, nodulyar dermatit, quduzluq və digər xəstəliklər var. Mal-qara yerli baytar həkimləri tərəfindən qeydiyyata alınır və tədbirlər planına uyğun olaraq, heyvanlara pulsuz vaksin vurulur: "İribuynuzlu heyvanlar arasında 73 min 600 baş yaxın heyvanda yanvardan başlayaraq qarayara xəstəliyinə qarşı peyvəndləmə aparılıb. 93 min baş yuxarı xırdabuynuzlu heyvanlara qarşı qarayara xəstəliyinə qarşı peyvənd aparılıb.  2700 başdan yuxarı ev heyvanına qarşı peyvənd aparılıb. Təkdırnaqlı heyvanlarda - atlarda qarayara xəstəliyinə qarşı 630 başa yaxın heyvanda peyvəndləmə aparılıb".

 

Heyvanlar arasında yayıla biləcək xəstəliklərə qarşı peyvəndləmə işləri bununla bitmir. Bundan başqa rayonda 13 sahə baytarlıq məntəqəsini əhatə edən kəndlərdə sakinlərin xüsusi mülkiyyətində olan heyvanlar arasında nodulyar dermatit xəstəliyinə qarşı da tədbirlərə başlanılıb. Bu istiqamətdə 73 min 800 başdan yuxarı iri, 93 min başdan yuxarı isə xırdabuynuzlu heyvana vaksin vurulub: "Vətəndaşlardan xahişimiz odur ki, onlar da bizə kömək etsinlər. Bu peyvəndlər də tam normal şəkildə həyata keçirilsin.  Çünki peyvəndlərin də aparılması bilavasitə onlardan asılıdır, onların köməkliyinə ehtiyac var. Dezinfeksiya işləri də aparılır ki, peyvənddən sonra heç bir mürəkkəblik olmasın".

 

Qeyd edək ki, hazırda Masallıda heyvandarlıq təsərrüfatlarında 74 min baş iribuynuzlu mal-qara var. Xırdabuynuzlu heyvanların sayı isə 93 min başdır. Nodulyar dermatit xəstəliyinə qarşı kütləvi  peyvəndləmə prosesinə iyun ayın sonuna qədər yekun vurulacaq.

 

X

XƏBƏRLƏR
BÖYÜT