“Aztelekom” Qəbələdə təhlükəsiz internet mövzusunda seminar təşkil edib
17:45 – 12 İyun, 2018

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC Qəbələd' uşaqların internetdə olan təhlükələrdən müdafiəsi mövzusunda seminar təşkil edib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, interaktiv şəkildə aparılan seminarda məktəblilərə internetdə zərərli kontentlərdən qorunmağın yolları izah olunub.

 

Qəbələ şəhər 5 saylı orta məktəbdə keçirilən tədbirdə iştirak edən şagirdlərə, müəllim və valideynlərə bildirilib ki, “Aztelekom” MMC-nin öz internet istifadəçiləri üçün təqdim etdiyi “informasiyanın filtrlənməsi” rolunu oynayan xidməti sayəsində insanların, əsasən də azyaşlı uşaqların psixologiyasına neqativ təsir edən veb-səhifələr istifadəçilər tərəfindən filtr edilir. Beləliklə, cinayətkarlıq, əxlaqsızlıq və aqressivliyi əks etdirən internet saytlarına giriş nəzarətə götürülür, arzuolunmaz saytlara girişə qadağa qoyulur. Uşaqlar arzuolunmaz saytlara daxil olmaq istədikdə bu xidmət səhifələrə girişi məhdudlaşdırır.

 

“Aztelekom” MMC-nin şöbə müdiri Emin deyib ki, istifadəçi “ağ siyahı” yaradaraq, arzuolunan internet resurslarının siyahısını tərtib edir. Eyni zamanda təhlükəli resursları “qara siyahı”ya salaraq, onlardan istifadəni məhdudlaşdıra bilir.

 

Qeyd edək ki, “Aztelekom” MMC bu istiqamətdə tədbirlərin digər rayonlarda da təşkilini nəzərdə tutur. Bu cür maarifləndirici seminarlar daha əvvəl Şamaxı, Hacıqabul, Sabirabad məktəblərində də təşkil olunub.

X

XƏBƏRLƏR
BÖYÜT