Yəməndə qanlı döyüşlər başladı - 50 ÜSYANÇI ÖLDÜRÜLDÜ
18:01 – 12 İyun, 2018

Yəməndə ordu ilə husilər arasında növbəti döyüş olub.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, baş vermiş insident nəticəsində 50 husi üsyançısı öldürülüb. Hodeydah əyalətinin Əl-Cah bölgəsində ordunun hücumu nəticəsində husilər geri çəkilməyə məcbur olub və region hökumətin nəzarəti altına keçib.

 

Qarşıdurmanın dünən səhər saatlarından başlandığı qeyd olunur. Hücum zamanı Yəmən ordusuna Səudiyyə Ərəbistanına məxsus hərbi təyyarələr də kömək edib.

 

Qarşıdurmaların ardından Yəmən ordusu səhrada husilərə məxsus bir çox silah anbarlarının ələ keçirildiyini bildirir. Ölkənin cənubunda Şəbvə əyalətinin Əs-Səid kəndində isə husilər pusqu quraraq hərbi maşın karvanına hücum edib və nəticədə Yəmən ordusu 5-i yaralı olmaqla 2 itki verib.

 

 

X

XƏBƏRLƏR
BÖYÜT