Siyəzəndə 25 yaşlı ana doğuşdan sonra niyə ölüb? - QARŞILIQLI İTTİHAMLAR
18:21 – 12 İyun, 2018

Siyəzən rayonunda ana ölümü qeydə alınıb. APA TV-nin şimal bürosunun məlumatına görə, rayon sakini 25 yaşlı Aytən Qasımova ötən gün doğum üçün Siyəzən Regional Diaqnostika Mərkəzinin doğum şöbəsinə yerləşdirilib.

 

Həkim Aynur Quliyeva qadın doğuşdan az sonra dünyasını dəyişib: "Ötən gün saat 14:00-da doğum şöbəsinə daxil olub, hamilə diaqnozu qoyulub. 37-38 həftəlik hamiləlik baş gəlişi, doğuşun birinci dövrü, uşaqlıqda çapıq, dölün bətndaxili gepaksiyası qoyulub. UZİ müayinəsi zamanı da bu öz təsdiqini tapıb. Hamilə təcili qeysəriyyə əməliyyatına götürülüb. Əməliyyat zamanı diri qız uşağı doğulub. Uşağın vəziyyəti normal olub. Ananın da vəziyyəti yaxşı olub. Sonra şikayət etməyə başlayıb. Bütün səylərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb".

 

Dünyasını dəyişən qadının həyat yoldaşı Ceyhun Qasımov isə deyir ki, A.Qasımova vaxtı-vaxtında bütün tibbi müayinələrdən keçib: "Həkimlər təlimata uyğun hərəkət etməyiblər. Nə deyiblər, hər şey eləmişik. Bu həkimin əlində artıq neçənci ölümdür, həkim yenə öz vəzifəsində işləyir".

 

Bu, A.Qasımovanın 2-ci hamiləliyi olub. O, birinci övladını da qeysəriyyə yolu ilə dünyaya gətirib.

 

Faktla bağlı araşdırma aparılır.

 

X

XƏBƏRLƏR
BÖYÜT