Azərbaycanın ilk xalq artistinin 130 illiyi qeyd olundu
18:30 – 12 İyun, 2018

"O olmasın, bu olsun"da Məşədi İbad, "Arşın mal alan" da Soltan bəy, "Ər və arvad" operettalarında Kəblə Qubad... Bir-birindən maraqlı, yaddaqalan obrazlar...

 

APA TV-nin məlumatına görə, görkəmli aktyor Hacıağa Abbasov geniş auditoriyaya  kino obrazları ilə tanınsa da, o teatr səhnəsində də xeyli rol oynayıb.

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə Hacıağa Abbasovun həyat və yaradıcılığının bir çox məqamlarına nəzər salınıb.

 

Bildirilib ki, Hacıağa Abbasov Azərbaycanın ilk xalq artistidir. Zəngin yaradıcılığı ilə həm teatr və kino sənətində, həm də tamaşaçıların xatirəsində iz qoymağı bacarıb.

 

Hacıağa Abbasov Qoqolun "Müfəttiş" əsərində "Osip" rolunda çıxış edib. Xalq artisti Rafiq Əzimov bu obrazı yaradıb. Yubiley tədbirində sənətkarın ifasında "Osip"in monoloqu səslənib.

 

Xalq artisti Hacı İsmayılov bildirib ki, yaddaşlarda qalanlar xatirələrdə yaşayır: "Həyatda, sənətdə iz qoyanlar həmişə hörmət qazanırlar. Xoş xasiyyəti, sənət amalına sona qədər sədaqətli olan, hər kəsə hörmət və sevgi ilə yanaşan, hər kəsdən də hörmət və sevgi görən sənətkarlar cismən həyatda olmasalar da, ruhən həmişə bizimlədir".

 

Yubiley tədbiri bədii hissə ilə davam edib.

X

XƏBƏRLƏR
BÖYÜT