Makedoniyanın adının dəyişdirilməsinə qərar verildi - YUNANISTANA GÖRƏ
00:13 – 13 İyun, 2018

Makedoniya dövlətinin adı Şimali Makedoniya Respublikasına dəyişdiriləcək. APA TV-nin "Euronews"a istinadən verdiyi xəbərə görə, bunu ölkənin baş naziri Zoran Zayev deyib.

Onun sözlərinə görə, bu razılaşma Makedoniyanın mədəni və etnik eyniliyini təsdiqləyəcək. Payızda ölkədə adın təsdiqlənməsi məsələsi üzrə referendum keçiriləcək. Bununla belə "makedoniyalılar" və "Makedon dili" adları olduğu kimi qalacaq.

Bundan əvvəl Yunanıstanın baş naziri Aleksis Sipras bildirib ki, Afina və Skopye Makedoniya Respublikasının yeni adı barədə razılıq əldə edib.

Yunanıstan qonşu dövlətin Makedoniya adını daşımasına etiraz edir. Çünki onun ərazisində də eyniadlı region var.

X

XƏBƏRLƏR
BÖYÜT