İlham Əliyev Türkiyədə Rəcəb Tayyib Ərdoğanla görüşdü - MÖVZU TANAP
02:10 – 13 İyun, 2018

Azərbaycan prezidenti İlham Əliyevin iyunun 12-də Əskişəhərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.

APA TV-nin xəbərinə görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Azərbaycan ilə Türkiyənin birgə həyata keçirdiyi mühüm qlobal layihələrin, o cümlədən TANAP layihəsinin əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı enerji sahəsində geniş əməkdaşlığın həyata keçirildiyi qeyd olunub. Dövlət başçıları əminliklərini bildirdilər ki, əlaqələrimiz bundan sonra da bütün sahələrdə daim möhkəmlənəcək və genişlənəcək.

Görüşdə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

X

XƏBƏRLƏR
BÖYÜT