Azərbaycan və Ukrayna prezidentləri Türkiyədə TANAP-dan danışdı
02:58 – 13 İyun, 2018

İyunun 12-də Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin Əskişəhər şəhərində Ukrayna Prezidenti Petro Poroşenko ilə görüşüb.

APA TV-nin xəbərinə görə, görüşdə Azərbaycanla Ukrayna arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə inkişafından məmnunluq ifadə olunub, nəqliyyat sahəsində əməkdaşlığın yaxşı nəticələr verdiyi bildirilib.

Söhbət zamanı TANAP layihəsinin əhəmiyyəti vurğulanıb, bu layihənin beynəlxalq əməkdaşlığa verdiyi töhfədən danışılıb.

Görüşdə ötən il iki ölkə arasında ticarət dövriyyəsinin 2,5 dəfə, Azərbaycandan Ukraynaya ixracın isə 8 dəfə artdığı bildirilib. Həmçinin Ukraynadan gələn və Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin 2 dəfə artdığı qeyd olunub.

Görüşdə energetika sahəsində əməkdaşlığın dərinləşdiyi, SOCAR-la əlaqələrin genişləndiyi və Ukraynada SOCAR-ın yanacaqdoldurma məntəqələrinin sayının artdığı vurğulanıb.

X

XƏBƏRLƏR
BÖYÜT