ABŞ-da neft ehtiyatları artdı - NEFT UCUZLAŞIR
10:35 – 13 İyun, 2018

Neft bazarında qeyri-stabillik davam edir.

 

APA TV-nin məlumatına görə, "Brent" markası bir dollara qədər ucuzlaşsa da, Qərbi Texas nefti cəmi 20 sent dəyər itirib. Qiymət enişi qeyri-stabillik, istehsalın və ehtiyatların artması ilə bağlıdır.

 

ABŞ Neft İnstitutu ötən həftə ölkədə ehtiyatların artdığını açıqlayıb. Sərmayədarlar OPEC-in istehsalı azaltmaqla bağlı razılaşmanı ləğv edəcəyindən narahatdır. Bu da qiymətlərə şübhəsiz təsir edir. İndidən hasilatı artırmağa başlayan Rusiyanın OPEC və digər istehsalçılara üç ay içərisində 2016-cı ilin oktyabr ayındakı səviyyəyə qayıtmaqla bağlı təklif verəcəyi bildirilir.

 

Mütəxəssislər istehsalın birdən-birə deyil, zamanla artacağını qeyd edir. Çünki sürətli artım qiymətlərlə bağlı əldə olunan nəticəni boşa çıxarar.

 

Hazırda birjalarda "Brent" markalı neft 75,69 dollardan, Qərbi Texas nefti isə 66,08 dollardan satılır.

X

XƏBƏRLƏR
BÖYÜT