Gürcüstanda azərbaycanlı icra başçısı saxlanıldı - SƏBƏB
11:50 – 13 İyun, 2018

Gürcüstanın Marneuli rayonunun İcra Hakimiyyəti başçısı Temur Abazov saxlanılıb.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə adı çəkilən ölkənin "Birinci kanalı" məlumat yayıb, Baş Prokurorluğu xəbəri təsdiqləyib.
 
Prokurorluqda T.Abazovun yer aldığı iddia olunan və "Facebook" sosial şəbəkəsində yayılmış video-görüntü ilə bağlı araşdırmaya başlanıb. Araşdırma qeyri-insani və ləyaqəti alçaldan rəftar faktı üzrə aparılır.
 
Xatırladaq ki, iyunun 11-də Tbilisidə etiraz aksiyasında Marneuli sakini, müxalif Vahid Milli Hərəkat partiyasının üzvü Elçin Allahverdiyev adlı şəxs "Facebook" üzərindən canlı yayım edərək T.Abazov və "Gürcü Arzusu" partiyasının sədri Bidzina İvanişviliyə qarşı təhqiramiz ifadələr işlədib. Daha sonra E. Allahverdiyevin alçaldılaraq, üzr istədiyi video-görüntü sosial şəbəkədə yayılıb. Video-görüntüdə T.Abazovun da olduğu iddia olunur.
 
Video qısa zaman ərzində sosial şəbəkədə geniş yayılıb və istifadəçilərin hiddətinə səbəb olub. 
 
T.Abazov video-görüntülərdən xəbəri olmadığını bildirib.

X

XƏBƏRLƏR
BÖYÜT