Sumqayıtda maşınları qarət edən dəstə üzvləri tutuldu - BİRİ AZYAŞLIDIR
12:38 – 13 İyun, 2018

Sumqayıtda maşından külli miqdarda pul oğurlanıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Sumqayıt şəhər sakini Elmir Sultanov Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinə müraciət edərək, yaşadığı evin qarşısında saxladığı “Mercedes” markalı avtomobilin şüşələrinin naməlum şəxslər tərəfindən sındırıldığını və  nəqliyyat vasitəsinin saxlanc yerində olan 1500 manat pulun oğurlandığını bildirib.

 

Məlumat daxil olan kimi bölmə əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və avtomobildən müvafiq olaraq əl-barmaq izləri götürülüb. 3-cü Polis Bölməsi əməkdaşlarının isti izlərlə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Abşeron rayon sakinləri Ülvi Əliyev, Xəyal Əlili, Kənan Burcəliyev və yetkinlik yaşına çatmayan daha bir şəxs saxlanılaraq istintaqa təqdim olunub. Araşdırma zamanı məlum saxlanılan şəxslərin Sumqayıt şəhərində daha 5 avtomobilin şüşəsini sındıraraq oğurluq etdikləri məlum olub.

 

Qeyd edilən faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

X

XƏBƏRLƏR
BÖYÜT