Dünya çempionatının qalibi kim olacaq? - SORĞU
13:40 – 13 İyun, 2018

Sabah futbol üzrə növbəti dünya çempionatına start veriləcək.

 

APA TV-nin xəbərinə görə, sayca 21-ci olacaq bu çempionatda 6 qitədən 32 komanda birincilik uğrunda mübarizə aparacaq.

 

Turnirə ev sahibliyini şimal qonşumuz Rusiya edəcək. Hər 4 ildən bir keçirilən bu turniri milyardlarla insan seyr edir. Bu il də 14 iyun - 15 iyul tarixlərində keçiriləcək oyunlara baxmaq üçün dünyanın hər yerindən milyonlarla azarkeş Rusiyaya axışır.

 

Ölkəmizdə də sözügedən turnirə maraq olduqca böyükdür. Bəs yerli sakinlər və şəhərimizin qonaqları növbəti dünya çempionu kimi hansı ölkəni görürlər?

 

Dünya çempionatının ölkələrində keçirilməsi ilə qürur duyduqlarını qeyd edən rusiyalı qonaqlarımız ölkələrinin çempionatda birincilik əldə edəcəyinə şübhə etmədiklərini və bizim də onları dəstəkləməli olduğumuzu deyirlər.

X

XƏBƏRLƏR
BÖYÜT