Məhəmməd peyğəmbərin karikatura yarışması keçiriləcək - HOLLANDİYADA
15:40 – 13 İyun, 2018

Hollandiyada Məhəmməd peyğəmbərin təsvir olunduğu karikatura yarışması keçiriləcək.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, parlament binasında keçiriləcək yarışmanı Girt Vildersin rəhbərlik etdiyi Azadlıq Partiyası təşkil edəcək. Bu partiya irqçiliyi ilə tanınır. Girt Vilders yarışma barədə sosial media hesabından paylaşım edib:

 

"Xüsusi ilə islama qarşı fikir azadlığı basqı altındadır. Bunu heç vaxt qəbul edə bilmərik. Ona görə keçmişdə müsəlman olan tanınmış karikatura ustası Boş Favstin ilə bu il nümayəndələr palatasında "Məhəmməd - karikatura yarışması" təşkil edəcəyəm".

 

Hollandiya mətbuatı sağçı liderin millət vəkili olan siyasi partiyaların parlamentdə ildə bir dəfə tədbir keçirmək haqqını bunun üçün istifadə edəcəyini yazır. Buna icazə verilməsə, yarışmanın başqa məkanda keçiriləcəyi bildirilir.

X

XƏBƏRLƏR
BÖYÜT