İraq şiələri İran dəstəkli qruplaşma ilə ittifaq qurdu
15:41 – 13 İyun, 2018

İraqda seçkilərdən sonra yeni ittifaq qurulub.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, seçkilərdə qalib gələn şiə lideri Muqtəda əs-Sədr "Haşdi Şabi" ilə ittifaq qurmaq barədə razılığa gəlib. İttifaq baş tutarsa şiələr İraq məclisində üstünlük təşkil edəcək.

 

Xatırladaq ki, İraqda keçirilən parlament seçkilərindən sonra sayılan səslərin çoxunu Muqtəda əs-Sədr qazanıb. Bu hadisə isə Kərkükdə yaşayan türkmənlərin kəskin etirazına səbəb olmuş və yerli əhali seçkilərin yenidən keçirilməsini tələb etmişdi. İraqın baş naziri Heydər əl-İbadi isə seçkilərin təkrarlanmasını qeyri-mümkün hesab edib və geriyə dönüşün mümkünsüzlüyünü vurğulayıb.

 

Qeyd edək ki, keçən ay Müqteda əs-Sədrin seçkilərdə qalib gəlmək üçün Ağ Evdən olan diplomatlarla görüşdüyü barədə xəbərlər yayılıb.  

X

XƏBƏRLƏR
BÖYÜT