İran Şimali İraqa qoşun yeridəcəyini açıqladı - PKK-YA QARŞI
16:25 – 13 İyun, 2018

İran Şimali İraq Kürd Muxtariyyətinə nota göndərib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, xəbərdarlığa səbəb kürdlərin İran ərazisinə soxulub burada terror fəaliyyəti ilə məşğul olmasıdır.
 

Verilən notada analoji hadisələrin dərhal dayandırılması və sərhədlərin təhlükəsizliyinə nəzarət edilməsi tələb olunub. Həmçinin qeyd olunub ki, İran lazım gələrsə bölgəyə silahlı müdaxilə hüququndan da istifadə edə bilər.

 

Şimali İraq Kürd Muxtariyyəti rəhbərliyi isə öz növbəsində rəsmi Tehranı əmin edərək, belə halların təkrar olunmaması üçün mübarizəni gücləndiriləcəklərini və münasibətlərin pozulmayacağına ümid etdiklərini vurğulayıblar.

 

Qeyd edək ki, İran silahlı qüvvələri bundan öncə ölkənin şimal-qərb bölgələrində kürdlərə məxsus 2 terrorçu qruplaşmanı zərərsizləşdirib.

 

X

XƏBƏRLƏR
BÖYÜT