Azərbaycan TANAP layihəsindən nə qədər pul qazanacaq?
16:29 – 13 İyun, 2018

Regionun və dünyanın enerji xəritəsini dəyişdirəcək önəmli bir layihənin açılışı oldu. Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan TANAP layihəsi bir çox ölkələrin enerji təhlükəsizliyinin təminatı baxımından əvəzolunmaz vasitə hesab olunur. Türkiyənin Əskişəhər vilayətinin Sultanqazi qəsəbəsində keçirilən mərasimlə Xəzərin enerji ehtiyatlarının dünya bazarına çatdıracaq daha bir layihə reallığa çevrildi. TANAP layihəsinin əhəmiyyəti nədir, bu layihənin icrası Azərbaycana hansı siyasi və iqtisadi dividentlər qazandırır? APA TV-nin "Panoram" layihəsinin növbəti buraxılışında bu və digər suallara aydınlıq gətirilib.

 

Enerji siyasəti üzrə mütəxəssis, tanınmış ekspert İlham Şaban deyib ki, Azərbaycan da bir sıra ölkələr kimi Nabukko qaz layihəsinə köklənmişdi: "Azərbaycan 2007-ci ildə "Şahdəniz"dən ilk qazını bazarlara çıxartdı. Gündəmdə yeni bir marşrut olmalı idi ki, o marşrut vasitəsilə Şahdəniz qazı bazarlara ayaq açmalı idi". TANAP layihəsinin 6 il ərzində bütün mərhələləri keçdiyini deyən İlham Şaban "Şahdəniz" qazının Türkiyə bazarına daxil olacağını vurğulayıb: "Azərbaycan qazı Türkiyənin bir başından digər başına, onların xidmətində olacaq. Ehtiyac yaranarsa, Azərbaycanın digər yataqları var, 16 milyarddan zaman-zaman 31 milyarda, təxminən 8 il müddətə qədər baxıcılıq gücü artırılacaq".

 

Ekspert gələcəkdə Avropada qaz hasilatının aşağı düşəcəyini də istisna etməyib: "Əvvəla bu Avropaya yeni bir bazardan enerji resursu gətirir. Əvvəla bu bazarın şaxələndirilməsidir, ikinci rəqabətin yaranmasıdır. Bolqarıstan 70% Azərbaycan qazı alacaq, deməli birdən-birə 30% öz istehsalını diverfikasiya etmiş olur. Keçək o biri ölkəyə - Albaniya. Bu ölkədə ümumiyyətlə qaz olmayıb. Bir azdan bu ölkə qaz plitəsi olan ölkəyə çevriləcək".

 

İlham Şaban hesab edir ki, TANAP layihəsi Avropanın enerji təhlükəsizliyini təmin etmiş olacaq.  Layihədə Azərbaycanın payına toxunan ekspertin sözlərinə görə 70% o zaman Azərbaycana qalacaq ki, layihəyə çəkilən bütün xərclər tam şəkildə özünü ödəsin.

 

"Panoram" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

 

X

XƏBƏRLƏR
BÖYÜT