Səudiyyə ordusu Yəmənə güclü hücuma başladı - HUSİLƏRƏ AĞIR ZƏRBƏLƏR
16:36 – 13 İyun, 2018

Səudiyyə Ərəbistanı Yəmənə ən genişmiqyaslı hücuma start verib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Ərəb Qüvvələri İran dəstəkli husi üsyançılarının əlində olan Hodeyda liman-şəhərini bombardman edir.

Onlar ilk dəfə belə böyük bir limanı ələ keçirmək üçün hərəkətə keçib. Hücumlar onsuz da ağır olan humanitar vəziyyəti daha da pisləşdirə bilər.

 

Əməliyyat havadan hərbi təyyarələr, qurudan isə Yəmən ordusu və digər ölkələrin qoşun birləşmələri ilə həyata keçirilir.

 

Hodeyda və ətrafında 600 min insan yaşayır. Liman 8,4 milyonluq aclıqdan əziyyət çəkən xalqa qida çatdırılması üçün ən əsas nöqtədir. Ərəb Qüvvələri husiləri danışıqlara məcbur edəcək qəti qələbə niyyətindədir. Onlar Hodeyda limanını ələ keçirsələr, nəqliyyat vasitələrinin limana girişini sərbəst edəcəklərini, idxal malların daxil olmasına mane olmayacaqlarını açıqlayıb.

X

XƏBƏRLƏR
BÖYÜT