Azərbaycan və Rusiya prezidentləri arasında görüş olub
18:22 – 13 İyun, 2018

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyunun 12-də Rusiya Federasiyasına işgüzar səfərə gəlib.


İyunun 13-də Moskvada Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının prezidenti Vladimir Putinin görüşü olub.

 

APA TV-nin məlumatına görə, dövlət başçıları görüşdə çıxış ediblər. Rusiya və Azərbaycan prezidentləri iqtisadi, siyasi və humanitar əməkdaşlığının yüksək templə inkişaf etdiyini vurğulayıblar.

 

"Ötən il bizim ticarət dövriyyəmiz 34,4 faiz artıb. Bu ilin birinci rübündə artım təxminən 19 faizdir. Bu, çox yaxşı tempdir və biz bunu dəstəkləməliyik. O ki qaldı siyasi əməkdaşlığa, burada da hər şey sabitdir. Parlamentlər xətti ilə daim təmaslar gedir. İctimai təşkilatlar xətti ilə humanitar əlaqələr inkişaf edir. Sizi görməyimə çox şadam" - deyə, V.Putin Kremldə keçirilən görüşdə bildirib.
 

Azərbaycan prezidenti isə Rusiya liderini 12 iyun - Rusiya Günü və futbol üzrə dünya çempionatına hazırlığın uğurla başa çatması münasibətilə təbrik edib: "Əminəm ki, çempionat da çox uğurlu keçəcək, bütün qonaqlar razı qalacaq. Mən də əlaqələrin inkişafından məmnunluğumu bildirmək istəyirəm. Gündəlikdə olan geniş məsələlərlə bağlı fikir mübadiləsi aparmaq üçün bu gün yaxşı imkan var". 

Prezident İ.Əliyev vurğulayıb ki, iqtisadi əməkdaşlığı genişləndirmək üçün planlar mövcuddur. O, Azərbaycanla Rusiya arasında humanitar sahədə müsbət əməkdaşlığın olduğunu söyləyib. 

 

X

XƏBƏRLƏR
BÖYÜT