Bakıda qəzada ölən 3 nəfərdən ikisi həmin gün evlənibmiş - FACİƏ
23:21 – 13 İyun, 2018

Ayın 12-də Bakı şəhərinin Qaradağ rayonu ərazisində 3 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, saat 06:10-da Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ilə Sahil qəsəbəsini birləşdirən yolun 5-ci kilometrliyində - Müşfiqabad qəsəbəsində "KamAZ"la toqquşan "VAZ 2106" markalı minik avtomobili Şəmkirdən gəlirmiş.

Xaçmaz rayon sakini, 1967-ci il təvəllüdlü Şahmuradov Rahid İmadəddin oğlu minik avtomobili ilə Şəmkirdən qayıdarkən sübh saatlarında qəzaya düşüb. Bildirilir ki, R.Şahmuradov Xaçmazda yaşayırmış və bir müddət əvvəl onun həyat yoldaşı vəfat edib. Bu yaxınlarda qohumları onu yenidən evlənməyə razı salıb və 51 yaşlı kişi Şəmkirdə yaşayan, həyat yoldaşından ayrılmış 31 yaşlı İsmayılova Gülnar Zabir qızı ilə ailə qurmağa qərar verib. R.Şahmuradovun qohumu Nəsir Şahmuradovun sözlərinə görə, bu məqsədlə R.Şahmuradov 3 gün əvvəl Şəmkirə gedib və G.İsmayılova ilə ailə qurub. Dəhşətli hadisə isə onlar Şəmkirdən Xaçmaza qayıdarkən baş verib:

"Şəmkirdən qayıdanda "KamAZ"la toqquşub. Tam dəqiq bilinmir səbəbi. Yolda heç bir iz yoxdur. Yolda kamera da yoxdur. Əmim hadisə yerində ölüb, qadın çıxaranda ölüb, maşını kəsib çıxanda uşaq arada qalıb. Meyitləri çıxarıb Sumqayıta aparıblar, bu gün dəfn etmişik. Birinci yoldaşı rəhnmətə getmişdi, evlənmək üçün qadın gətirməyə getmişdi".

Faktla bağlı BDYPİ-nin İstintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

X

XƏBƏRLƏR
BÖYÜT