FES uçot dərəcəsini artırdı - DAHA 2 DƏFƏ DƏ GÖZLƏNİLİR
02:02 – 14 İyun, 2018

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası yekunlaşıb. APA TV xəbər verir ki, proqnozlaşdırıldığı kimi, FES uçot dərəcəsini 1,75-2,0%-dək artırıb.

Qeyd edək ki, bundan əvvəl FES martın 21-də uçot dərəcəsini artırmışdı.

Federal Ehtiyatlar Sistemi uçot dərəcəsinin tədricən artırılması siyasətinə 2015-ci ilin dekabrından başlayıb. Bundan əvvəl sonuncu dəfə uçot dərəcəsi 2006-cı ilin iyununda artırılıb. 2007-2008-ci illərdə FED tədricən uçot dərəcəsini minimal (0-0,25%) həddədək aşağı salıb.

Federal Ehtiyatlar Sisteminin Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin əksər üzvləri mart və iyun aylarına əlavə olaraq 2018-ci ildə daha iki dəfə uçot dərəcəsinin artacağını proqnozlaşdırıb. Bununla FED uçot dərəcəsinin artırılması sayına dair martdakı proqnozunu dəyişib. O zaman FES 2018-ci ildə ümumilikdə üç dəfə uçot dərəcəsinin artacağını gözləyirdi.

X

XƏBƏRLƏR
BÖYÜT