Ağstafada 63 yaşlı kişini kəndin ortasında vəhşicəsinə döydülər
03:54 – 14 İyun, 2018

Ağstafada 63 yaşlı kişi bir neçə nəfər tərəfindən döyülüb. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Köçəsgər kəndində baş verib.

Kənd sakini, 1955-ci il təvəllüdlü Əlləzov Nasib Əsgər oğlu öz avtomobili ilə evinə gedən zaman bir qrup şəxs onun yolunu kəsib. Zərərçəkmişin yaxınlarının sözlərinə görə, 3 avtomobillə gələn həmin 15 nəfərə yaxın şəxs N.Əlləzovu döyərək ona xəsarətlər yetiriblər. 63 yaşlı kişi xəstəxanaya yerləşdirilib, müayinə zamanı onun vəziyyətinin ağır olduğu bildirilib.

Hadisənin təfərrüatlarını isə Ağstafa polisi araşdırır. Artıq hadisədə şübhəli bilinən şəxslərdən 2 nəfəri saxlanılıb. Bunlar rayonun Köçəsgər kənd sakinləri Mövlayev Səid Mobil oğlu və Misginov Samir Məqsəd oğludur.

Hadisədə digər iştirakçıların olub-olmadığı isə araşdırılır. Bildirilir ki, həmin şəxslər N.Əlləzovu şəxsi münasibətlər zəminində döyüblər.

X

XƏBƏRLƏR
BÖYÜT