Ölkəyə narkotiki keçirən şəxs: "Bələdçim iranlı idi"
04:44 – 14 İyun, 2018

Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 9 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA TV-nin cənub bürosuna verilən məlumata görə, tədbirlər zamanı iyunun 11-də rayonun Səmədabad kəndi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gürcüstan vətəndaşı Almaz Rizayev saxlanılıb.

Saxlanılarkən onun üzərindəki idman çantasından 8 kiloqram 415 qram narkotik maddə olan tiryək və 286 qram narkotik maddə olan heroin aşkarlanaraq götürülüb. A.Rizayevin sözlərinə görə, həmin narkotik vasitəni ona Hatəm adlı bir iranlı verib, bunun qarşılığında isə Almaz ondan pul alacaqdı.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

X

XƏBƏRLƏR
BÖYÜT