Trampın Nobel Sülh Mükafatına namizədliyi təklif edildi
11:14 – 14 İyun, 2018

Koreya yarımadasının nüvəsizləşdirilməsinə dair sazişə verdiyi töhfəyə görə ABŞ prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyi təklif edilib.

 

APATV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu təşəbbüslə Norveç Tərəqqi Partiyasının iki üzvü çıxış edib.

 

Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Barak Obama Ağ Evə gələndən 9 ay sonra Nobel Sülh Mükafatına layiq görülmüşdü. O, beynəlxalq diplomatiya və xalq arasında əməkdaşlığın gücləndirilməsi üçün müstəsna səylərinə görə mükafatlandırılmışdı.

 

X

XƏBƏRLƏR
BÖYÜT