Səudiyyə vəliəhdi Moskvada hoteli bağlatdırdı - ƏŞYALARINI 9 TƏYYARƏ GƏTİRİR
11:54 – 14 İyun, 2018

Səudiyyə Ərəbistanı vəliəhdi Moskvada "Ritz Carlton" hotelində qalacaq.

APA TV-nin "Daily Storm"a istinadən məlumatına görə, Məhəmməd bin Salman artıq Kremlin yaxınlığında yerləşən hotelin 11-ci mərtəbəsinin haqqını ödəyib.

Səfər başa çatanədək hotelin bu mərtəbəsinə yalnız xüsusi buraxılışla keçmək mümkün olacaq.

Vəliəhd Rusiyaya şəxsi təyyarəsi ilə gəlir. Onun əşyalarını isə 9 təyyarə gətirəcək.

Məhəmməd bin Salmanı Moskvada Federal Mühafizə Xidmətinin (FMX) əməkdaşları qoruyacaq. Onlar Kreml və Dövlət Dumasının mühafizəçiləridir.

Qeyd edək ki, Məhəmməd bin Salman bu gün Rusiyada keçiriləcək futbol üzrə XXI dünya çempionatının açılışına qatılacaq.

Rusiya prezidenti Vladimir Putinin mundialın açılışına şəxsən dəvət etdiyi dövlət başçıları arasında Azərbaycan prezidenti İlham Əliyev də var.
 

 

X

XƏBƏRLƏR
BÖYÜT