İrandan Azərbaycana gətirilən 13 kq narkotik ələ keçirildi
13:52 – 14 İyun, 2018

İrandan Azərbaycana gətirilən külli miqdarda narkotik ələ keçirilib.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Masallı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Famil Talıbov, Masallı rayon sakinləri Çingiz İbadov və əvvəllər məhkum olunmuş Həsrət Xəlilov saxlanılıb.

 

Onlardan ümumilikdə 12 kiloqram 250 qram tiryək və 385 qram heroin götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri İrandan Azərbaycana satmaq məqsədi ilə gətirdiklərini bildiriblər.

     

Faktla bağlı cinayət işi başlanılıb. Zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

X

XƏBƏRLƏR
BÖYÜT